Paşinyanın partiyası müxalifətlə danışıqlar aparıb

pasinyanin-partiyasi-muxalifetle-danisiqlar-aparib
Oxunma sayı: 2285

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndələrinin təşəbbüsü əsasında müxalif “Vətən naminə Tavuş” hərəkatının üzvləri ilə danışıqlar aparılıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı hərəkatın liderlərindən biri, politoloq Suren Petrosyan açıqlayıb.

Onun sözlərinə görə, bu təşəbbüs tərəflər arasında maneələrin aradan qaldırılmasına yönəlib: “Məqsədimiz qarşıdurma deyil, barışıqdır. Biz barrikadaların əks tərəfində dayanmağa deyil, onları dağıtmağa çalışırıq”, - deyə Petrosyan qeyd edib.

Xatırladaq ki, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldığından Qalstanyan itaətsizlik aksiyalarına və Paşinyanın impiçment prosesinə start verildiyini açıqlayıb. Aksiya bu gün də davam etdirilir.