“Ümummilli lider xalqını müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdir”

umummilli-lider-xalqini-musteqilliye-qovusduran-qudretli-sexsiyyetdir
Oxunma sayı: 539

“Azərbaycan xalqı xoşbəxt xalqdır ki, ümummilli lider Heydər Əliyevin liderliyi ilə müasir tarixinin müstəqil dövlətini qurdu və Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfərə imza ataraq güclü, suveren Azərbaycanımızın firavan gələcəyinə doğru inamla addımlayır. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı böyük qürur hissi ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən qürurla danışır. Bu uğurlara gedən yolu daim təhlil edib, müstəqillik tariximizin Heydər Əliyev dövrünün reallıqları barədə indiki və gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. Dahi şəxsiyyət Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdi”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, Azərbaycan xalqı haqlı olaraq ulu öndər Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir:

“Ulu öndərin rəhbərliyi ilə dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara başlandı. Sabitliyin və əlverişli iqtisadi mühitin yaradılması nəticəsində Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin və şirkətlərin sayı artdı. 1994-cü ildə Ümummilli Liderin səyləri nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində stimulverici amil oldu. Azərbaycanın bu gününə və gələcəyinə inam artdı.Ölkəmiz qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Xalqımızın ən böyük arzularından biri öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək idi ki, Ümummilli Lider bunu reallığa çevirdi. Dahi şəxsiyyət xalqı öz ətrafında sıx birləşdirərək gələcəyə doğru inamla apardı. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir”.

Millət vəkili vurğulayıb ki, Heydər Əliyev yolunun uğurları davamlıdır:

Malik Həsənov bildirib ki, bu gün ulu öndərin şah əsəri olan müasir müstəqil, qalib Azərbaycan yeni dövrün hədəflərinə doğru inamla addımlayır:

“Suverenliyimizin bərpası fonunda müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi bu hədəflərə zamanında nail olacağımıza böyük əminlik yaradır. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımızın Böyük Qayıdışı uğurla davam edir. Bu prosesin də tam şəkildə başa çatacağı gün uzaqda deyil. Prezident İlham Əliyevin böyük inamla qeyd etdiyi kimi, yeni dövr uğurla başlayır, uğurla da davam edəcək”.