Stadnik mübarizəyə başlayır

stadnik-mubarizeye-baslayir
Oxunma sayı: 1441

Türkiyənin İstanbul şəhərində güləş üzrə Dünya Olimpiya Təsnifat Turniri davam edir.

“Qafqazinfo” xəbər verir ki, turnirin ikinci günündə Azərbaycanın 5 qadın güləşçisi döşək üzərinə çıxacaq.

1/8 final

50 kq. Maria Stadnik - Menq Hsieh (Çin Taypeyi) / Aintzane Qoni (İspaniya)

Təsnifat mərhələsi 

53 kq. Gültəkin Şirinova – Laura Hevin Avila (Kuba)
57 kq. Alena Kolesnik – Ramona Qalambos (Macarıstan)
62 kq. Ruzanna Məmmədova – Anastasiya Qriqoryeva (Latviya)
68 kq. Alice Manolova – Nikol Parado (Kolumbiya)

Hər çəkidə ilk 3 yeri tutan güləşçilər Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcəklər.

Qeyd edək ki, ötən gün Azərbaycanın yunan-Roma güləşi millisinin 3 üzvü - Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq)  Olimpiya lisenziyası qazanıb.