“Türkiyə şirkətləri bundan sonra da Qarabağda fəal iştirak edəcək”

turkiye-sirketleri-bundan-sonra-da-qarabagda-feal-istirak-edecek
Oxunma sayı: 2812

“Bu gün “bir millət, iki dövlət” anlayışımızın iki memarı var. Bunlar Azərbaycanın ulu öndəri Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkdür”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

Səfir bu gün Heydər Əliyevin məzarını ziyarət edib, hörmət və ehtiramla yad edib.

Z.Bağcı bildirib ki, mərhum liderlərin “bir millət, iki dövlət” anlayışına uyğun olaraq bu gün Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ikitərəfli münasibətlər ən yüksək səviyyədə saxlanılır: “Prezident İlham Əliyevin dediyi kimi, haqlı davamızda yanımızda kim varsa, onlarla Qarabağda işbirliyində olacağıq”.

Səfir qeyd edib ki, Türkiyə Qarabağda bütün istiqamətlərdə aparılan quruculuq fəaliyyətinin iştirakçısıdır: “Bundan sonra da Türkiyə şirkətləri quruculuq işlərində fəal şəkildə iştirak edəcək”.

Sail Ağasəlim