Azərbaycan idmançıları Ermənistana gedəcək?

azerbaycan-idmancilari-ermenistana-gedecek
Oxunma sayı: 2132

Azərbaycan ağır atletika yığmasının İrəvanda keçiriləcək Avropa çempionatında iştirak edəcəyi təsdiqlənib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın “armenpress” nəşri məlumat yayıb.

Xəbəri isə beynəlxalq dərəcəli hakim Araik Alaverdyan təsdiq edib.

O bildirib ki, Ermənistan tərəfi Azərbaycan idmançılarının təhlükəsizliyi üçün təminat məktubu göndərib. Yarışa 5 idmançımız gedəcək.

Azərbaycan Ağır Atletika Federasiyasından “Qafqazinfo”ya bildirilib ki, onlar hələ təhlükəsizliyin təminatının təsdiqi üçün olan məktubu almayıblar: “Hələ ki turnirdə iştirak edib-etməyəcəyimiz dəqiqləşməyib”.