Azərbaycan klubu adını dəyişdi

azerbaycan-klubu-adini-deyisdi
Oxunma sayı: 2795

Azərbaycan 2-ci liqasında mübarizə aparan “Haypers Quba” Futbol Klubunun adı dəyişdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Haypers Quba” artıq “Quba” adı ilə fəaliyyət göstərəcək.

Həmçinin klubun loqosunda da dəyişiklik olunub.

Xatırladaq ki, “Haypes Quba” Azərbaycan 2-ci liqasının 2024/24 mövsümünü 4-cü pillədə başa vurmuşdu.