Azərbaycan manatı ilə bağlı saxta xəbər - - Yenilənib

azerbaycan-manati-ile-bagli-saxta-xeber-
Oxunma sayı: 9668


Məlumatda bildirilir ki, qeyri rəsmi məlumatlara görə   2014 cü ildə manatın yeni dizyanı daha fərqli şəkildə olacaq.

Belə ki, 1, 5, 10, 20, 50 və 100 manatlıq əskinazların üzərində dahi şəxsiyyətlərin şəkilləri əks olunacaqdır.

Mərkəzi Bankın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, yayılan məlumatlar həqiqətə uyğun deyil. Yaxın saatlarda bu xəbərin doğru olmaması barədə rəsmi mövqe yayımlanacaq.

***

Mərkəzi Bank əskinaslarla bağlı rəsmi məlumat yayıb. "Qafqazinfo"ya daxil olan məlumatda qeyd olunur ki, sosial şəbəkələrdə üzərində Azərbaycanın mütəfəkkirlərinin, tanınmış dövlət və elm xadimlərinin əksləri olan 1, 5, 10, 20, 50, 100 manatlıq əskinasların şəkilləri yayılıb. Bu şəkillər milli valyutamız olan manatın yeni dizaynda tərtibatı kimi təqdim edilərək ictimaiyyətdə yalnış məlumatların yayılmasına səbəb olur və çaşqınlıq yaradır.

Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirir ki, bu məlumatlar heç bir reallığı əks etdirmir və bu şəkillər qeyri-müəyyən şəxslərin təxəyyülünün məhsuludur.

Mərkəzi Bank tərəfindən göstərilən dizaynda əskinasların tədavülə buraxılması planlaşdırılmır.

***

“İnstagram Azərbaycan”ın “Facebook” səhifəsində Azərbaycan manatı ilə bağlı yanlış məlumata görə üzr istənilib: “Əziz dostlar, bir qədər əvvəl yerləşdirdiyimiz manat əskinasları sadə bir dizaynerin əl işidir. Heç də yeni 2014 dizaynı deyil. Dezinformasiyaya görə üzr istəyirik.”