“Azərbaycan millisinin baş məşqçisi haqqımızda yaxşı danışmamışdı”

azerbaycan-millisinin-bas-mesqcisi-haqqimizda-yaxsi-danismamisdi
Oxunma sayı: 706

Şimali İrlandiya millisinin təcrübəli üzvü Aron Hyuz yerli mətbuata müsahibə verib. “Qafqazinfo”nun  məlumatına görə, o, iyunun  10-da DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək görüşdən danışıb. 

Hyuz matç haqqında bunları deyib: “Biz Avropa çempionatından sonra komandaya olan inamımızı itirmədik. Həmin motivasiya ilə seçmə mərhələdə də irəliləyirik. Real danışmaq lazımdır ki, DÇ-yə getmək üçün ancaq pley-off-da mübarizə apara bilərik. Almaniya qrupu qalib başa vuracaq. Bizim isə şansımız pley-off-dan olacaq və dünya çempionatına yollansaq, fantastik olacaq”.

Təcrübəli futbolçu 2005-ci ildə Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu xatırlayıb: “2005-ci ildə Azərbaycana yollanmışdım. Həmin vaxt onların baş məşqçisi Karlos Alberto Torres idi. Matç 0:0 bitdi və yadımdadır ki, oyundan sonra braziliyalı çalışdırıcı bizim haqqımızda yaxşı danışmamışdı. Bu dəfəki oyun daha çətin olacaq. Şərtlər də onu deyir”.