Azərbaycan Ordusunun mövqeləri yenə atəşə tutuldu

azerbaycan-ordusunun-movqeleri-yene-atese-tutuldu
Oxunma sayı: 3060

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, avqustun 12-si saat 15:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətrdə adekvat cavab tədbirləri görülüb.