Azərbaycan Premyer Liqasında komandaların sayı artırıldı

azerbaycan-premyer-liqasinda-komandalarin-sayi-artirildi
Oxunma sayı: 3073

Növbəti mövsümdə futbol üzrə Azərbaycan Premyer Liqasında 12 komanda olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

Qərara əsasən, 2025/2026-cı illər mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb. Çempionatın əsasnaməsi və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.