Hər il dünyanın müxtəlif ölkələrində dövlət səviyyəsində keçirilən “Global Women Summet” (Beynəlxalq Qadınlar Zirvəsi) bu il İspaniya Kraliçası Letizia Ortiz Rokasolanonun aparıcılığı ilə Madriddə təkil olunub.
“Qafqazinfo” xəbər verir ki, sammitdə 70 ölkədən nazirlər, parlament üzvləri, yüksək vəzifəli bürokratlar, özəl sektor nümayəndələri, QHT-lər, akademiklər, yazıçılar, jurnalistlər və 1000-dən çox iştirakçı iştirak edib.
Zirvədə “Qadınlar: Gələcəyin İqtisadiyytına enerji verən” - davam edən münaqişələr, iqlim dəyişiklikləri və geosiyasi müttəfiqlərin dəyişməsi səbəbindən inkişaf etməkdə olan bir mühitdə iqtisadi dirçəlişin sürətləndirilməsində qadınların əsas rolu müzakirə olunub.
Sammitdə Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri Kəmalə Paşayeva, üzvləri isə Canilya Qafarova, Tehran Nağıyeva, Sədaqət Rəhimova, Səadət Qəndilova, Vəsilə Abulova, Məlahət Qəhrəmanova, Zərifə Arzumanova, Yeganə Əliyeva, Zəminə Əliyeva, Nurlana İmanova, Rəna Əmirəliyeva, Banuçiçək Paşayeva, Gülər Yusibzadə, Səbinə Kərimova və Mehinbanu Paşayeva olub.