“Azərbaycan, Rusiya və Ermənistan nümayəndələri gələn həftə görüş keçirəcək”

azerbaycan-rusiya-ve-ermenistan-numayendeleri-gelen-hefte-gorus-kecirecek
Oxunma sayı: 1232

“Yaranmış şərait yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının mümkünlüyünə ümid etməyə imkan verir”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, burada əsas olan zaman deyil, bütün məsələlərin yekun həllidir. 

Peskov qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan nümayəndələri gələn həftənin sonunda tərəflər arasında mövcud olan məsələləri müzakirə etmək üçün Moskvada görüşəcəklər.