Azərbaycan Təhsil Şəbəkəsi “Virtual Məktəb”in müəllimlərini mobil internetlə təmin etdi

Azərbaycan Təhsil Şəbəkəsi “Virtual Məktəb”in müəllimlərini mobil internetlə təmin etdi
Oxunma sayı: 1232

Ölkəmizin təhsil sahəsində ən iri korporativ internet şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) fəaliyyətə başladığı gündən təhsil sahəsinin inkişafı prosesinə töhfə verməkdə davam edir. "Qafqazinfo" xəbər verir ki, növbəti addım olaraq Azərbaycan Təhsil Şəbəkəsinin operatoru AzEduNet şirkəti Azərbaycan Respublikası Təhsil Nazirliyi ümumtəhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə həyata keçirdiyi “Virtual Məktəb” layihəsinə öz dəstəyini göstərib.

Belə ki, hazırda ölkəmizdə tədris prosesinin onlayn şəkildə davam etdirilməsi ilə əlaqədar AzEduNet şirkətinin təşəbbüsü ilə “Virtual Məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş 10 000-dən artıq müəllim-pedaqoji heyətinin mobil nömrə balansına 10 azn dəyərində 5GB mobil internet paketi yüklənib.

Bu addım Azərbaycan Təhsil Şəbəkəsinin ölkəmizin təhsil sektoruna verdiyi birinci töhfəsi deyil.

Xatırladaq ki, 2019-cu ilin ortalarında korporativ sosial məsuliyyətin əsasında həyata keçmiş layihə çərçivəsində Azərbaycan Təhsil Şəbəkəsinin operatoru “AzEduNet” şirkəti vasitəsilə Azərbaycanın ucqar kəndlərində şagird sayı 60-a qədər olan 700-dək ümumtəhsil müəssisəsində internet və şəbəkə xidmətlərinə limitsiz çıxışı təmin edilib.

Müasir təhsil ideyasının uğurlu icrasını şərtləndirən amillərdən biri təhsil müəssisələrinin şəbəkə infrastrukturu ilə təmin olunmasıdır. Bu baxımdan ölkədə ən böyük təhsil şəbəkəsi olan və tədris prosesində innovativ mexanizmlərin tətbiqi üçün geniş imkanlar yaradan Azərbaycan Təhsil Şəbəkəsinin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, hazırda şəbəkə genişlənərək 4000-nə yaxın təhsil müəssisəsini əhatə edir.

Azərbaycan Təhsil Şəbəkəsi haqqında qısa məlumat:

Azərbaycan Təhsil Şəbəkəsi – ölkənin müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən ən iri təhsil internet şəbəkəsidir. İcrasına 2008-ci ildə “2008-2012-ci illər üzrə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı” çərçivəsində başlanılmış layihə hazırda ölkə üzrə 3907 təhsil müəssisəsini əhatə edir. Operatoru “AzEduNet” MMC olan Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar təhsil müəssisələrində vahid internet şəbəkəsinin qurulması və internet üzərindən telekonfrans rabitəsinin (IP telefoniya, video-konfrans) təşkili, internetə yüksək sürətli çıxışın təmin olunması, təhsilalanların internetin zərərli məzmunlarından qorunması, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi