Azərbaycan XİN-dən Pakistana başsağlığı

azerbaycan-xin-den-pakistana-bassagligi
Oxunma sayı: 1403

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında qeyd olunub:

“Biz Pakistanın Mastunq və Hanqu şəhərlərində məsciddə törədilən terror aktlarını qətiyyətlə pisləyirik. Qardaş Pakistan xalqına və həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik”.