Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

azerbaycan-xin-turkiyeye-bassagligi-verdi
Oxunma sayı: 672

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Vanda baş vermiş qar uçqunu və İstanbulda sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində həlak olanlara görə Türkiyəyə başsağlığı verib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə XİN-in tvitter səhifəsində məlumat yerləşdirilib.

“Qardaş Türkiyənin Van şəhərində baş vermiş qar uçqunları və İstanbul şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına hüznlə başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik. Kədərin kədərimizdir, qardaş Türkiyə!”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Van bölgəsinin Bahçesaray rayonunda iki gün ərzində baş vermiş qar uçqunları nəticəsində 38 nəfər ölüb.

İzmir-İstanbul aviareysi üzrə hərəkət edən “Boeing 737-800” təyyarənin Sabiha Gökçən Hava limanında qəzaya düşməsi nəticəsində 3 nəfər həyatını itirib.