“Azərbaycan yığması ilə oyun əyləncəli idi” - İsveçli futbolçu

azerbaycan-yigmasi-ile-oyun-eylenceli-idi
Oxunma sayı: 2608

İsveç yığmasının hücumçusu Yesper Karlsson AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

“Qafqazinfo” xəbər verir ki, 5:0 hesabı ilə qalib gəldikləri matçda cərimə zərbəsindən fərqlənən 24 yaşlı hücumçu mübarizəyə məhz bunun üçün qoşulduğunu etiraf edib:

“Azərbaycan yığması ilə oyun çox əyləncəli oldu. Bu, xəyal etdiyimiz bir şey idi. Bir gün əvvəl Emil Forsberqlə danışdığım zaman o, mənim qol vurmamağımı pis hal hesab etdi. Buna görə də meydana qol vurmaq hissi ilə daxil oldum”.

Həmçinin oxuyun: Армяне совершили провокацию на матче нашей сборной - Видео