“Azərbaycanda əlil uşaqları övladlığa götürmürlər” - Rəsmi

azerbaycanda-elil-usaqlari-ovladliga-goturmurler
Oxunma sayı: 2067

2020-ci ildən bu günə qədər 1002-dən çox valideyn-namizəd altsistemdə qeydiyyatdan keçərək, övladlığagötürmə ilə bağlı müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev “Sosial saat”da bildirib.

C.Şahmalıyev qeyd edib ki, 2020-2023-cü illər ərzində övladlığa verilən uşaqların sayı 387 nəfərdir: “Onlardan 152-si 0-1 yaş arası, 83-ü 2-3, 63-ü 4-6, 63-ü 4-11, 26-sı isə 12-18 yaşarası uşaqlardır. Təəssüf ki, bu günə qədər övladlığa verilən uşaqlar arasında əlilliyi olan uşaq olmayıb. Bu da ondan irəli gəklir ki, bizdə əlilliklə bağlı ciddi miflər var. Valideynlər elə bilirlər ki, əlillik idarəolunmaz, tərbiyəedilməz prosesdir. Halbuki bu, belə deyil.

Biz beynəlxalq təcrübələri öyrənmişik. Əlil uşaqları övladlığa götürən ailələrə ayda 600 manat müavinət verilir. Bundan başqa, uşağın özünün də əlilliyə görə pensiyası olur. Valideynlər bilsin ki, əlil uşağın övladlığa götürülməsinə görə dövlət tərəfindən ailəyə təxminən 1000 manat ödənilir. Valideynlərin nəzərinə çatdıraq ki, bizdə olan uşaqların əksəriyyətinin əlillik dərəcəsi çox yüngüldür.

Qurum rəsmisi əlavə edib ki, övladlığagötürən şəxslər tərəfindən hər hansı rüsum ödənilmir.