Azərbaycanda gənc müğənni intihar etdi

azerbaycanda-genc-mugenni-intihar-etdi
Oxunma sayı: 13063

Müğənni Elvin Ordubadlı intihar edib.

"Qafqazinfo" Oxu.Az-a istiandən xəbər verir ki, dostları onun Facebook səhifəsində intihar etdiyi barədə məlumat yayıblar.

Qeyd edək ki, E.Ordubadlı “Azərbaycanın səsi” musiqi yarışmasının iştirakçısı olub. Müğənni Azərbaycanı 2014-cü ildə “Türkviziya” mahnı müsabiqəsində əməkdar artist Elza Seyidcahanın bəstələdiyi “Divlərin yalnızlığı” mahnısı ilə təmsil edib.

***

Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Elvin Ramazan oğlu Quliyev yaşadığı binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.