Azərbaycanda illik inflyasiya faizi açıqlandı

azerbaycanda-illik-inflyasiya-faizi-aciqlandi
Oxunma sayı: 4156

Ötən il Azərbaycanda illik inflyasiya 4,9% olub.

“Qafqazinfo” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin dekabr ayında cəmi məhsul və xidmətlər üzrə illik (12 aylıq) inflyasiya 4,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5,5%, qeyri-ərzaq məhsulları üzrə 2,4%, xidmətlər üzrə isə 6,3% təşkil edib.

Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan illik baza inflyasiyası isə 2024-cü ilin dekabr ayında 4,4% olub.

Nuranə Daxilqızı