Azərbaycanda 2 ildən çoxdur Kosmetologiya, Lazer Epilyasiya, Bədən şəkilləndirmə və s. kursları üzrə fəaliyyət göstərən "Mesa Academy" MMC ölkədə ilk olaraq bir yeniliyə imza atdı.
1 ilə yaxındır ki Beynəxalq Sertifikasiya Təşkilatının (ISO) nümayəndələri tərəfindən təlimləndirilən və araşdırmalar aparılan Mesa Tedris Akademiyasına ISO 9001 və ISO 29993:2017 Beynəlxalq Sertifikasiyaları təqdim olunub.
Qeyd edildiyi kimi, bu cür yüksək Sertifikasiya və Akreditasiya-Kosmetologiya sahəsində fəaliyyət göstərən kurslar içində bir ilkdir.
Mesa Tedris Akademiyasının Kurslarını bitirən tələbələr bu standart sayəsində artıq dünyanın 60-dan çox ölkəsində keçərli olan bir Diplom ve Sertifikata sahib olmuş olurlar.
Məlumat olaraq bildirmək istərdik ki, Mesa Academy MMC həm ISO Standartlarına görə həm də keyfiyyət səviyyəsinə görə ən çox tələb qəbul edən kursdur və kursları Azərbaycan Respublikası Tehsil Nazirliyi və Səhiyyə Nazirliyində qeydiyyatda olan həkimlər, professorlar keçir. Bununla yanaşı müxtəlif ölkələrdən dəvət olunmuş spikerlər və ayrı-ayrı sahələr üzrə mütəxəssislər də kurslarda vaxtaşırı seminarlar keçirir.
Son xəbərlər
Son Xəbərlər