Azərbaycanda polkovnik və mayor koronavirsudan vəfat etdi

azerbaycanda-polkovnik-ve-mayor-koronavirsudan-vefat-etdi
Oxunma sayı: 8490

Azərbaycanda 2 polis əməkdaşı koronavirsudan ölüb.

“Qafqazinfo”nun “Report”a istinadən məlumatına görə, Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də dünyasını dəyişib.

Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olub.

Məlumata görə, polis polkovnik-leytenantın ölümündən bir gün əvvəl anası da vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib.