Azərbaycanda Şaxta baba Yeni il şənliyində öldü

azerbaycanda-saxta-baba-yeni-il-senliyinde-oldu
Oxunma sayı: 8029

Oğuzda Şaxta baba obrazında çıxış edən kişi ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün rayon ərazisində keçirilən Yeni il şənliyində baş verib.

Belə ki, şənlikdə Şaxta baba obrazında çıxış edən rayonun Sincan kənd sakini, 1949-cu il təvəllüdlü Şahin Məhəmməd oğlu İsmayılovun halı anidən pisləşib və o, Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müdaxiləyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Mübariz Muradov