Bu gündən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti artıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məlumatı “Trend”ə siqaret satışı ilə məşğul olan şəxslər verib.
Bildirilib ki, artıq bu barədə siqaret satışını həyata keçirən şirkətlər onları məlumatlandırıb.
Məlumata görə, “LD”, “Winston” və “Sobranie” (bir neçə çeşidinin) qiyməti 0,20 qəpik bahalaşıb.
“Kent” markalı siqaretlərin də bahalaşacağı gözlənilir.
Son xəbərlər
Son Xəbərlər