Azərbaycanda yazıçılar istintaqa çağırılacaq

azerbaycanda-yazicilar-istintaqa-cagirilacaq
Oxunma sayı: 1306


AzNews.az-ın məlumatına görə, bu barədə “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu bildirib. 

Ş. Xuduoğlu qurumla əməkdaşlıq edənlərə müraciət edib: “Dostlar, bizimlə əməkdaşlıq edən bütün yaradıcı heyətin nəzərinə bir məsələni çatdırmaq istəyirəm. Vergilərin istintaq idarəsi bizimlə əməkdaşlıq edən (daha doğrusu nəşriyyatdan zorla götürülən kağızlarda adları keçən) hər kəs istintaqa çağırlır. Artıq bəzi yazıçı və tərcüməçiyə çağırış vərəqi gəlib.

Telefonla çağırıldığınız yaxud çağırış vərəqi aldığınız halda mütləq nəşriyyata bu barədə məlumat verin".