Azərbaycandan Avropaya səsləri onlar verəcək

azerbaycandan-avropaya-sesleri-onlar-verecek
Oxunma sayı: 1508

Azərbaycan “Eurovision” üzrə ekspert jürisinin tərkibini müəyyənləşdirib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, gələn həftə İsraildə keçiriləcək yarışmanın milli münsif heyəti 5 nəfərdən ibarətdir.

Onlar “Rast” qrupunun rəhbəri Rəşad Haşımov, Xalq artisti Faiq Ağayev, Əməkdar artist Tünzalə Ağayeva, xareoqraf Emin Useynov (Nero), rejissor Ülviyyə Könül, prodüser Yalçın Cabbarovdur.  

Qeyd edək ki, münsiflər heyətinin səsləri ümumi səsvermədə 50% paya sahibdir. Onların balları tamaşaçı səsverməsinə əlavə olunur.