Azərbaycandan daha iki ölkəyə “AstraZeneca” göndəriləcək

azerbaycandan-daha-iki-olkeye-astrazeneca-gonderilecek
Oxunma sayı: 1985

Prezident İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün humanitar yardım olaraq daha iki ölkəyə "AstraZeneca" peyvəndi partiyası göndəriləcək.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) təyyarələri ilə Tacikistanda və Bosniya və Herseqovinaya həmin vaksinin 40 min dozası hər ölkəyə çatdırılacaq.

Peyvəndin çatdırılması AZAL-ın çarter reysləri ilə 19 iyulda Bakıdan Sarayevo şəhərinə, 20 iyulda Düşənbə şəhərinə həyata keçiriləcək.

Xatırladaq ki, daha əvvəl Azərbaycan "AstraZeneca" peyvəndini Özbəkistana (50 min) və Qırğızıstana (40 min) ötürüb.