Azərbaycandan Timoşenkoya dəstək

azerbaycandan-timosenkoya-destek
Oxunma sayı: 646

“Bu günlərdə Kiyev məhkəməsi ölkənin keçmiş baş naziri Yuliya Timoşekonun 7 illiyə azadlıqdan məhrum etmək haqda hökm çıxarıb. Məhkəmə bu qərarı çıxararkən Timoşenkonun guya baş nazir olduğu müddətdə korrupsiyaya bulaşdığını, Rusiya ilə qaz anlaması zamanı dövlətə milyonlarla dollar ziyan vurduğunu əsas götürdüyünü bildirib.


Lakin həm ölkə daxilində, həm də onun xaricində, ələlxüsus demokratik Qərb dövlətlərində hökmü siyasi sifariş və hazırkı prezident Viktor Yanukoviçin seçkidəki əsas rəqibinə qarşı qisas aktı kimi dəyərləndirir, Timoşenkonun hakimiyyətə qarşı sərt müxalifətçi mövqeyi ilə bağlayırlar. Onu da unutmayaq ki, xanım Timoşenko son prezident seçkilərində seçicilərin 46 faizə yaxının səsini alıb və bu gün də böyük elektorata sahibdir.
Hətta Rusiyanın avtoritar rəhbərliyi həbsə etirazını bildirərək Yuliya Timoşenkonun günahsız olduğunu bəyan edib. Azad dünya isə Ukraynada narıncı inqilabın memarlarından və “Bizim Ukrayna” blokunun liderlərindən olan sabiq baş nazirin dərhal azad olunmasını tələb edib.
İctimai Palata olaraq biz də bu həbsin siyasi motivli olduğunu bəyan edir, demokratik dünyanın çağırış və tələblərinə qoşularaq xanım siyasətçinin dərhal azad edilməsini tələb edirik. Onu da qeyd etməyi zəruri sayırıq ki, belə həbslər siyasi məhbus problemindən əziyyət çəkən Azərbaycanın demokratik qüvvələrinə daha yaxşı tanışdır. Siyasətçilərin yanlışlıqları ola bilər, ancaq onların siyasi baxışlarına, dünya görüşlərinə görə həbsi, təqibi yolverilməzdir.
Ümid edirik ki, Avropanın mühüm parçası olan Ukraynanın hazırkı iqtidarı demokratik dünyanın çağırışlarını ciddiyə alacaq, eks-baş naziri tezliklə azad edəcək. Onun timsalında Ukraynanın müxalifət qüvvələrinə qarşı basqılara isə son qoyacaq. Bu, ölkənin beynəlxalq imicinə yalnız müsbət xallar gətirərdi”.