“Azərbaycanı forumda iştiraka dəvət edirik”

azerbaycani-forumda-istiraka-devet-edirik
Oxunma sayı: 2129

“Dördüncü Avrasiya Qadınlar Forumu 2024-cü ilin sentyabrında keçiriləcək və biz Azərbaycanı iştiraka dəvət edirik”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Azərbaycan və Rusiyanın əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın dekabrın 8-də Bakıda keçirilən 20-ci yubiley iclasında səsləndirib.

Onun sözlərinə görə, Avrasiya Qadınlar Forumu müasir cəmiyyətdə qadınların rolunun müzakirəsi üçün ən böyük nüfuzlu beynəlxalq platformadır: “Birinci forum 2015-ci ildə baş tutub və qlobal xarakter alıb, sülh və təhlükəsizliyin möhkəmləndirilməsində, mühüm sosial-iqtisadi və humanitar problemlərin həllində qadınların artan rolunu nümayiş etdirir. Dördüncü forum 2024-cü il sentyabrın 18-20-də baş tutacaq və biz Azərbaycanı iştiraka dəvət edirik”. 

Andrey Yatskin vurğulayıb ki, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi ilbəil artır: “Şimal-Cənub dəhlizi üzrə birgə layihələrin həyata keçirilməsi əhəmiyyətlidir”.

Zaur Mirzə