Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlandı

azerbaycanin-ixrac-etdiyi-qara-kurunun-qiymeti-aciqlandi
Oxunma sayı: 6892

Cari ilin ilk 3 ayında Azərbaycanda 103,1 kq nərə balığı kürüsü istehsal edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Rəsmi məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 36,9 kq azdır.

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan 102,78 min ABŞ dolları dəyərində 90 kq nərə balığının kürüsü ( 1kq = 1142 ABŞ dolları ) ixrac edilib.

Hesabat dövründə təkcə Çindən Azərbaycana 900 kq  ( 1kq = 299,4 ABŞ dolları) nərə balığının kürüsü idxal olunub. Məhsulun idxal dəyəri 269 min ABŞ dolları təşkil edib.