Azərbaycanın xarici dövlət borcu - Azalıb

azerbaycanin-xarici-dovlet-borcu
Oxunma sayı: 2542

2023-cü il 31 dekabr tarixinə xarici dövlət borcu 6480,7 mln. ABŞ dolları (11017,2 mln. manat) ekvivalentində və ya Ümumi Daxili Məhsulun (ÜDM) 9,0 faizini təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, bu, 2023-cü il üzrə Azərbaycan Respublikasının dövlət və icmal büdcəsinin icrasına dair məlumatda bildirilib.

Qeyd edilib ki, 2023-cü il 1 yanvar tarixinə olan göstəricisi ilə müqayisədə xarici dövlət borcunun məbləği mütləq ifadədə 212,5 mln. ABŞ dolları (361,2 mln. manat) və ya 3,2 faiz azalıb.