“Azərbaycanla müsbət danışıqlar aparılıb”

azerbaycanla-musbet-danisiqlar-aparilib
Oxunma sayı: 924

“ABŞ Qəzza sektorunda beynəlxalq “Sabitlik qüvvələri”nin formalaşdırılması üçün hərbi kontingent göndərməsi mövzusunda Azərbaycan və İndoneziya ilə danışıqlar aparıb”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uoltz Sinqapurda təşkil edilən Yeni İqtisadiyyat Forumunda çıxışı zamanı bildirib.

O, ölkəsinin bu danışıqları müsbət qiymətləndirdiyini qeyd edib: “Bir çox ölkələrə Qəzzada formalaşdırılacaq “Sabitlik qüvvələri”nə öz əsgərlərini göndərmək üçün BMT-nin təsdiqi lazım idi. Azərbaycan, İndoneziya və digər dövlətlərlə kifayət qədər müsbət danışıqlar aparılıb”.

Xatırladaq ki, daha əvvəl ABŞ-nin Azərbaycandan Qəzzada yaradılması planlaşdırılan “Sabitlik qüvvələri”nə qoşulmağı xahiş etməsi barədə xəbər yayılmışdı. BMT Təhlükəsizlik Şurası isə noyabrın 17-də Qəzzada beynəlxalq “Sabitlik qüvvələri”nin yerləşdirilməsi ilə bağlı ABŞ-nin qətnaməsini qəbul edib.