Azərbaycanla Qətər arasında viza tələbi ləğv edildi - Video

azerbaycanla-qeter-arasinda-viza-telebi-legv-edildi
Oxunma sayı: 2287

Azərbaycan və Qətər arasında viza tələbi qarşılıqlı ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva öz tvitter hesabında məlumat verib.

O bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qətərin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani “Azərbaycan respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş” imzalayıb.

Qeyd edək ki, şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani bu gün Azərbaycana rəsmi səfər edib.