Azərbaycanlı fəhlə Dağıstanda faciəvi şəkildə öldü - Foto

azerbaycanli-fehle-dagistanda-facievi-sekilde-oldu
Oxunma sayı: 1726

Dağıstanda tikintidə çalışan azərbaycanlı fəhlə faciəvi şəkildə həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, hadisə inşa edilən çoxmərtəbəli binalardan birində baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Abışov Elnur Gülağa oğlu işlədiyi binada hündürlükdən yıxılaraq ölüb.

Qeyd edək ki, mərhum Biləsuvar rayonunun Çaylı kənd sakinidir.

Onun iki azyaşlı övladı var.

Surxay Şahbazov