Azərbaycanlı məşqçi Türkiyədə çempion oldu

azerbaycanli-mesqci-turkiyede-cempion-oldu
Oxunma sayı: 2038

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Türkiyədə titul qazanıb.

“Qafqazinfo” xəbər verir ki, 36 yaşlı mütəxəssisin idman direktoru olduğu “Fomget” qadınlar arasında Superliqanın qalibi olub.

Paytaxt təmsilçisi finalda “Fənərbağça”nı 4:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Siyasət Əsgərov ötən ilin avqustunda “Fomget” klubunda idman direktoru vəzifəsinə təyinat alıb.