Azərbaycanlı tələbələr bu binanın dağıntıları altında qalıb - Video

azerbaycanli-telebeler-bu-binanin-dagintilari-altinda-qalib
Oxunma sayı: 9113

Zəlzələ nəticəsində Malatyada binanın dağıntıları altında qalan azərbaycanlı tələbələrin axtarışları davam etdirilir.

“Qafqazinfo” İTV-yə istinadən xəbər verir ki, xilasedicilər həmin tələbələrin yaşadığı ikinci mərtəbəyə yaxınlaşıblar.

Məlumata görə, xilasedicilər dağıntılar altında 5 nəfərin sağ olduğunu müəyyənləşdiriblər.

Qeyd edək ki, dağıntılar altında qalan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadədir.