“AzərEnerji” və “Dongfang” şirkəti müzakirələr apardı

azerenerji-ve-dongfang-sirketi-muzakireler-apardi
Oxunma sayı: 1389

COP29 çərçivəsində “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevin Çinin “Dongfang Electric Corporation” şirkətinin rəhbərliyi ilə görüşü olub. 

“Qafqazinfo” xəbər verir ki, görüşdə “DEC Beynəlxalq Korporasiyası”nın vitse-prezidenti Li Jianhua, şirkətin beynəlxalq əməkdaşlıq üzrə vitse-prezidenti Wang Ai və şirkətin Mingeçevirdə tikilən 1280 MVt-lıq yeni elektrik stansiyası üzrə layihə meneceri Li Qinin də iştirak edib.

Baş tutan görüşdə hazırda həyata keçirilən layihələr və əməkdaşlığın gələcək perspektivləri, yaşıl enerjiyə keçid və enerji effektivliyi mövzusunda müzakirələr aparılıb.