““Azərişıq” raket zərbələrinin intensiv olduğu günlərdə belə əhalini enerjisiz qoymayıb”

azerisiq-raket-zerbelerinin-intensiv-oldugu-gunlerde-bele-ehalini-enerjisiz-qoymayib
Oxunma sayı: 782

Beynəlxalq İnsan Haqları Komitəsinin (Human rights) Azərbaycan üzrə direktor müavini, ehtiyatda olan zabit, politoloq Elçin Axundzadə 2 gün öncə təşkilatı təmsil edərək cəbhə bölgəsində monitorinq aparıb.

"Qafqazinfo" xəbər verir kiI, bu barədə Bizimyol.info-ya açıqlama verən Elçin Axundzadənin sözlərinə görə, monitorinqin aparılması müharibə və müharibədən sonrakı ilk dövrdə dövlət qurumlarının cəbhədə, eləcə də mülki əhaliylə işinin təşkilinin öyrənilməsi məqsədi daşıyıb. Sınaqlardan ən üzüağ çıxan qurumlardan biri isə “Azərişıq” Səhmdar Cəmiyyəti olub.

“Bir neçə gün öncə Beynəlxalq İnsan Haqları Komitəsi döyüş bölgəsində monitorinqlər keçirib. Azərbaycan əsgərinin mülki şəxslərə münasibəti, işğaldan azad edilmiş bölgədə dövlət strukturlarının gördüyü işlər, dövlət strukturlarının cəbhə bölgəsində mülki şəxslərə münasibəti öyrənilib. Müharibə gedərkən ermənilərin Bərdə, Gəncə, Tərtərə atdığı raket zərbələri zamanı dövlət qurumlarının insanlara yardımını araşdırdıq. Sorğu keçirdiyimiz vətəndaşların hamısı “Azərişıq”dan məmnunluq ifadə etdilər. Onlar bildirdilər ki, “Azərişıq” hətta raket zərbələrinin ən intensiv olduğu günlərdə belə, əhalini enerjisiz qoymayıb, generatorlarla təmin edib.

Əsgər və zabitlərimiz də bildirdi ki ,bu qurum onların yanında olub, əks-hücumların yüksək səviyyədə həyata keçirilməsi üçün generatorlarla təchiz edib, əsgərləri ruhlandırmaq üçün mümkün olanı edib.

Onların dediyinə görə, işğaldan azad olunan ərazilərə dərhal “Azərişığ”ın traktor və buldozerləri daxil olub, mühəndis qurğularını işə salıb, dərhal elektrik naqillərini bərkidiblər".