Əraqçi ilə Mirzoyan nələri müzakirə edib? - Yenilənib

eraqci-ile-mirzoyan-neleri-muzakire-edib
Oxunma sayı: 1070

Tehranda İran və Ermənistanın xarici işlər nazirləri Seyid Abbas Əraqçi ilə Ararat Mirzoyan arasında görüş keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

***

Ermənistan XİN-in məlumatına görə, nazirlər görüş zamanı Ermənistan-İran sərhədində ikinci körpünün inşa edilməsi və ölkələr arasında yük daşımalarının sadələşdirilməsini müzakirə ediblər.

Bununla yanaşı, Ermənistanla İran arasında münasibətlərin inkişafı ətrafında fikir mübadiləsinin aparıldığı bildirilib.