““Azərsu”ya 1 milyard ayrılıb”

azersuya-1-milyard-ayrilib
Oxunma sayı: 802

SalamNews xəbər verir ki, bunu Baş nazirin müavini Abid Şərifov Bakıda keçirilən Xəzər Beynəlxalq Su texnologiyaları Forumunda çıxışı zamanı bildirib.

O deyib ki, hazırda 38 rayonun 350 kənd və qəsəbəsində su təchizatının yaxşılaşdırılması istiqamətində işlər gedir. Bunların 17-si dövlət büdcəsi hesabına, 21-isə Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təşkilatlardan cəlb olunmuş kreditlər hesabına görülür. Bu layihələrin maliyyələşməsinə həm beynəlxalq maliyyə təşkilatları imzalanmış müqavilələr əsasında alınacaq kreditlər, həm də dövlət büdcəsinə aparılır. Tələb olunan vəsaitdən 1.8 milyard ABŞ dolları kreditlər hesabına həyata keçirilir. Ötən il 2, bu il isə 9 şəhərdə layihələrin icrasının başa çatdırılması nəzərdə tutulur. Layihələrin icrasında ən son texnologiyalardan istifadə edilir. Bütün bu layihələrin icrasını 2-3 il ərzində başa çatdırılması nəzərdə tutulur.

Onun sözlərinə görə, 4 milyona qədər əhalinin yaşadığı Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin və ümumilikdə Abşeron yarmadasındakı qəsəbə və kəndlərin içməli su təminatının həll olunması üçün büdcə vəsati hesabına bir neçə böyük layihələr reallaşdırılır. Bunlardan biri icrası 2013-cü ilin sonunadək başa çatdırılacaq və qiyməti 1.4 milyard dollar olan Taxtakörpü Su Anbarıdır. Taxtakörpü-Ceyranbatan kanalının istifadəyə verilməsi ilə saniyədə 18 kubmetr əlavə su ehtiyatı yaradılacaq. Bu da Bakı və Abşeron yarmadasının digər ərazilərinin içməli su təchizatının tamamilə həll olunmasına imkan verəcək. Digər layihə 262 km uzunluğu, qiyməti 1 milyard dollara yaxın olan Oğuz-Qəbələ-Bakı su kəməridir. Bu layihənin reallaşması nəticəsində Bakı şəhərində fasiləsiz su alanların çəkisi 40 faizdən 60 faizi ötüb.

Bundan başqa, Kür və Araz çayları sahillərində yerləşən yaşayış məntəqələrində əhalinin təmiz içməli su ilə tələbatının ödənilməsi məqsədi ilə Ekalogiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 221 kəndə modul tipli təmizləyici qurğu quralaşdırılıb və bu işlər davam etdirilir.