“AzProduct” MMC-nin “Dalğa” brendi ilk Balıq Festivalında iştirak edib - Foto

azproduct-mmc-nin-dalga-brendi-ilk-baliq-festivalinda-istirak-edib
Oxunma sayı: 282

Neftçala rayonunda ilk dəfə Balıq Festivalı təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə balıq və dəniz məhsulları sənayesi üzrə fəaliyyət göstərən “AzProduct” MMC “Dalğa” brendi ilə təmsil olunub.

Festival ziyarətçiləri “Dalğa” brendinin müxtəlif balıq və dəniz məhsulları ilə tanış olub, həmçinin həmin məhsullardan hazırlanmış təamların dadına baxıblar.

Qeyd edək ki, festival Neftçala Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Balıqçılıq və Akvakultura Mərkəzinin birgə təşkilatçılığı ilə Neftçala şəhər bulvarında keçirilib. Tədbirin məqsədi rayonun turizm potensialını tanıtmaq, əsrlərdən bəri mövcud olan balıqçılıq ənənələrini yaşatmaq və əhali üçün rəngarəng festival atmosferi yaratmaqdır.

“AzProduct” şirkətinin nümayəndəsi Oruc Məmmədov bildirib ki, hazırda müəssisə HACCP qida təhlükəsizliyi standartlarına uyğun yeni balıq və dəniz məhsulları emalı zavodunu istifadəyə verir. “Dalğa” brendi ilə tanınan şirkətdə 100-dən çox işçi çalışır.

“Hazırda məhsullarımız bütün iri supermarket şəbəkələrində satılır. HORECA qolumuz vasitəsilə restoran və otellərə də satış həyata keçiririk. Artıq 2024-cü ildən ixraca da başlamışıq”, – deyə Oruc Məmmədov qeyd edib.

Məlumat üçün deyək ki, Azproduct MMC balıq və dəniz məhsulları üzrə ixtisaslaşan sənaye şirkətidir və “Dalğa” brendinin sahibidir. “Dalğa” brendi 2004-cü ildə qeydiyyatdan keçib.                                                                                               

Əlaqə: 010 228 27 26                                                

www.dalga.com