Bu gün AzVision.az xəbər portalı ad gününü qeyd edir.
“Qafqazinfo” xəbər verir ki, saytın fəaliyyətə başlamasından 11 il ötür.
Gündəlik 6 dildə - Azərbaycan, rus, ingilis, alman, fransız və ispan dillərində xəbərlər yayan sayt 2012-ci il oktyabrın 1-də işə başlayıb.
Media qurumu ölkədə və dünyada baş verən hadisələri izləyir, təhlil edir və oxuculara çatdırır. Sayt əyləncə və şou xarakterli məlumatlara yer ayırmır, multimedia materiallarına üstünlük verilir.
AzVision.az-ın “Facebook”, “X”, “Instagram” və “Youtube” hesabları da aktiv fəaliyyət göstərir. Bu hesablar vasitəsilə gün ərzində əsas xəbərlər sosial şəbəkə istifadəçilərinin diqqətinə çatdırılır.
Həmkarlarımızı ad günü münasibətilə təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!
Son xəbərlər
Son Xəbərlər