Bakı Avrasiya Universitetində (BAAU) “Tərcümə” kafedrasının təşkilatçılığı ilə Amerikada təhsil təqaüdləri haqqında infosessiya keçirilib.
“Qafqazinfo” xəbər verir ki, infosessiyada ABŞ-nin Azərbaycandakı Səfirliyinin ingilis dili üzrə proqram koordinatorları Səbinə Abdullayeva və Xanım Teyilova iştirak ediblər.
Görüşdə universitetin I , II kurs tələbələri GLOBAL UGRAD, SUSİ və Amerikada digər təhsil proqramları haqqında geniş məlumatlar əldə ediblər.
Daha sonra infosessiyada təqaüdlə bağlı videotəqdimat nümayiş olunub və tələbələrin sualları cavablandırılıb.



Son xəbərlər
Son Xəbərlər