Babası 16 yaşlı nəvəsini amansızlıqla öldürdü - Bakıda +Yenilənib

babasi-16-yasli-nevesini-amansizliqla-oldurdu-
Oxunma sayı: 14264

16 yaşlı gənc babası tərəfindən amansızlıqla qətlə yetirilib.

“Qafqazinfo” aznews.az-a istinadən xəbər verir ki,  2000-ci il təvəllüdlü Bayramov Tural Mübariz oğlu Bakıda qətlə yetirilib. Hadisə Binəqədi rayonunda baş verib.

T.Bayramovun ölümündə babası Rafiq Bayramov şübhəli bilinib və saxlanılıb. Hazırda Tibbi Ekspertiza qrupu meyitə baxış keçirir.

T. Bayramovun amansızlıqla qətlə yetirildiyi, qulağının, burnunun, dodağının və cinsiyyət orqanının kəsildiyi deyilir. Hazırda təqsirləndirilən şəxs Ağdam rayon Polis Şöbəsində Binəqədi rayon Prokurorluğunun əməkdaşları tərəfindən dindirilir.

 ***

APA-nın xəbərinə görə, Ağdam rayonunda araşdırma aparan Binəqədi rayon prokurorluğunun əməkdaşlarının şübhəli şəxs qismində saxladığı Rafiq Bayramov törətdiyi cinayəti etiraf edib.

R. Bayramov izahatında qeyd edib ki, nəvəsi Tural Bayramovu bacısına sataşdığı üçün qətlə yetirib.