Bağanis-Ayrım hadisəsinə görə 18 erməni beynəlxalq axtarışdadır

baganis-ayrim-hadisesine-gore-18-ermeni-beynelxalq-axtarisdadir
Oxunma sayı: 1669

Bağanis-Ayrım hadisələrini törədən 18 erməni beynəlxalq axtarışdadır.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Bu barədə Azərtac-a açıqlamasında hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev deyib. O qeyd edib ki, həmin hadisə ilə bağlı cinayətlər törətmələri sübuta yetirilmiş 18 şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırım) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul olunub. Həmin şəxslərin axtarışları üçün sənədlər İnterpolun Azərbaycandakı Milli Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Bağanıs Ayrım Qazaxın tarixinə ermənilər tərəfindən ilk işğal edilmiş və yandırılmış kənd kimi daxil olub. 1990-cı il martın 24-də qanunsuz erməni silahlı birləşmələri Ermənistan ərazisindən Qazax rayonunun Bağanis-Ayrım kəndinə hücum edərək üçü qadın, biri 39 günlük körpə olmaqla 10 nəfəri xüsusi amansızlıqla qətlə yetiriblər. 2 şəxsə bədən xəsarətləri yetirilib, 12 yaşayış evi yandırılıb, 438 nəfər kənd sakini yerlərindən didərgin salınıblar.

Bu gün Qazaxın 7 kəndi Ermənistanın işğalı altındadır.