Bağdadda yanğında ölənlərin sayı artdı - Yenilənib

bagdadda-yanginda-olenlerin-sayi-artdi
Oxunma sayı: 2349

İraqın paytaxtı Bağdad şəhərində koronaviruslu xəstələrin müalicə olunduğu İbn əl-Xətib xəstəxanasında baş vermiş yanğın nəticəsində azı 82 nəfər həyatını itirib, 110 nəfər xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Baghdad Al Youm” xəbər portalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən bildirib.

Məlumata əsasən, İbn əl-Xətib xəstəxanasının reanimasiya şöbəsində, ağciyəri zədələnmiş ağır xəstələri oksigenlə təchiz edən balonların olduğu anbarda partlayış olub. Partlayışdan sonra yanğın başlayıb, bina tamamilə yanıb. 

İraq Baş naziri Mustafa əl-Kazımi artıq baş verənlərin hərtərəfli araşdırılmasını əmr edib, ölkədə üçgünlük matəm elan edilib.

***

Yanğın zamanı ölənlərin sayı artaraq 90 nəfər olub. İraq Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ölənlərin ailələrinə 10 milyon İraq dinarı (təxminən 7 min dollar) təzminat ödəniləcək.