“Bakı-2015”də qalib idmançılara nə hədiyyə olunur?- - Foto

baki-2015de-qalib-idmancilara-ne-hediyye-olunur-
Oxunma sayı: 8191


Həmin boğçanın içində nə olduğu çoxları üçün maraqlıdır. Hətta sosial şəbəkələrdə də bununla bağlı müzakirə gedir.

"Qafqazinfo" xəbər verir ki, milli.az idmançılara verilən həmin boğçanın içində nə olduğunu öyrənib. Saytın əməkdaşı ötən gün bürünc medal qazanan türkiyəli güləşçi Merve Kengerdən xahiş edib ki, həmin boğçanı açsın.

Məlum olub ki, çoxları üçün müəmmaya çevrilmiş həmin boğçanın içində olan medal qabıdır. İdmançılar qazandıqları medalları həmin qaba qoya bilərlər.