“Bakı bu həftə aparılan müzakirələr üçün ən uyğun məkanlardan biridir”

baki-bu-hefte-aparilan-muzakireler-ucun-en-uygun-mekanlardan-biridir
Oxunma sayı: 193

“Azərbaycan hökumətinə və xalqına Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına Bakıda ev sahibliyi etdiklərinə görə ən dərin minnətdarlığımı bildirirəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində BMT Baş katibinin müavini Əminə Məhəmməd deyib.

O bildirib ki, Azərbaycan 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməklə urbanizasiya məsələsini qlobal gündəmin ön sırasına çıxarıb, əsrlərə söykənən ənənələri qoruyaraq müasir çağırışlara cavab verən yanaşmaları təşviq edib:

“Azərbaycanın müxtəlif bölgələrində yenidənqurma, inkişaf, icmaların reinteqrasiyası, infrastrukturun bərpası və sülh quruculuğu proseslərinin şahidi oluruq. Bu ərazilər mədəni canlılığın, sosial həmrəyliyin və iqtisadi inkişafın mərkəzinə çevrilir.

Dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Bakıda isə yenilənmə və dayanıqlılıq anlayışları ön plana çıxır. Bu həftə aparılan müzakirələr üçün də məhz Bakı ən uyğun məkanlardan biridir. Çünki iqlim dəyişikliyi və şəhər təzyiqləri həyatımıza getdikcə daha ciddi və intensiv təsirlər göstərir.

Son günlər Azərbaycanda müşahidə olunan güclü yağışlar və tufanlar şəhərlərin üzləşdiyi reallıqlar qarşısında nümayiş etdirməli olduğumuz dayanıqlılıq, birlik və qətiyyətin açıq xatırlatmasıdır.

Forumun uğurla keçirilməsində göstərdikləri peşəkarlığa və fədakar fəaliyyətə görə Baş nazirin ofisinə, UN-Habitat təşkilatına və bütövlükdə BMT sisteminə təşəkkürümü bildirirəm”.

Lamiyə Məmmədova