Bakı bulvarında klassika və sürət... - Video

baki-bulvarinda-klassika-ve-suret
Oxunma sayı: 587

Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində “Classics & Supercars” festivalı davam edir.

“Qafqazinfo” xəbər verir ki, festival zamanı klassik avtomobillər, idman avtomobilləri və  “Supercar”lar sərgilənir.

Festivalda Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası, həmçinin tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri yer alıb.

Festival saat 16:00-dək davam edəcək. Ziyarətçilərin tədbirə girişi sərbəstdir.