Bakı Limanı ilə bağlı videoçarx BBC-nin efirində

baki-limani-ile-bagli-videocarx-bbc-nin-efirinde
Oxunma sayı: 3427

Davos Forumunun keçirildiyi bir vaxtda milyonlarla izləyicisi olan “BBC World News” telekanalında Bakı Limanı ilə bağlı videoçarx nümayiş olunub.

“Qafqazinfo” xəbər verir ki, gün ərzində bir neçə dəfə xəbərlər proqramında yayımlanan videoçarxda Bakı Limanının beynəlxalq logistik dəhlizlərdə oynadığı mühüm rolundan, Orta Dəhlizdə yaratdığı imkanlardan bəhs edilir. 

Həmçinin BBC-nin rəsmi internet sahifəsində Bakı Limanının təklif etdiyi xidmətlər, əldə etdiyi nəticələr və region logistikasının inkişafında oynadığı mühüm roldan bəhs edən 2 araşdırma materialın da təqdim olunması nəzərdə tutulur.