“Bakı Metropoliteni”nin keçmiş rəisi vəfat etdi

baki-metropoliteninin-kecmis-reisi-vefat-etdi
Oxunma sayı: 4584

“Bakı Metropoliteni” QSC-nin veteranlarından biri, 1979-1987-ci illərdə Bakı metropoliteninin rəisi vəzifəsində çalışmış İqor Abbasoviç Xankişiyev 82 yaşında vəfat edib.

“Bakı Metropoliteni” QSC-dən “Qafqazinfo”ya verilən məlumata görə, o, 1976-cı ildən metropolitenin baş mühəndisi, daha sonra rəisi vəzifələrində çalışıb. Həyatının 1987-2017-ci illəri əhatə edən dövrünü Bakıda yeraltı yolların tikintisinə həsr edib, metro istismarı və inşaatında işləyib. 

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2012-ci ildə İ.Xankişiyevə “Əməkdar Mühəndis” fəxri adı verilib, ölkə başçısının 6 noyabr 2017-ci il tarixli Sərəncamı ilə o, Prezident təqaüdünə layiq görülüb. İqor Abbasoviç Xankişiyev həmçinin, “Fəxri dəmiryolçu” döş nişanı ilə də təltif edilmişdi.